“Birbank” mobil tətbiqində yaranmış çətinliklər aradan qaldırılıb - YENİLƏNİB

“Birbank” mobil tətbiqində yaranmış çətinliklər aradan qaldırılıb - YENİLƏNİB Hazırda "Birbank" mobil tətbiqinin fəaliyyətində müvəqqəti fasilələr yaranıb.
Maliyyə
28 Yanvar , 2025 01:10
“Birbank” mobil tətbiqində yaranmış çətinliklər aradan qaldırılıb - YENİLƏNİB

“Birbank” mobil tətbiqinin fəaliyyətindəki çətinliklər aradan qaldırılıb.

“Report” xəbər verir ki, bu barədə tətbiqin sosial şəbəkə hesabında bildirilib.

“Dəyərli Birbanklılar, komandamız mobil tətbiqimizdəki çətinlikləri aradan qaldırıb. Tezliklə tətbiq tam şəkildə bərpa olunacaq. Narahatlığınızı başa düşür və anlayışınıza görə təşəkkür edirik”, – paylaşımda qeyd olunub.

21:45

Hazırda "Birbank" mobil tətbiqinin fəaliyyətində müvəqqəti fasilələr yaranıb.

Bu barədə "Report"a "Kapital Bank"dan verilən məlumatda bildirilir.

"Bank əməliyyatlarını rahat və fasiləsiz həyata keçirməyin müştərilərimiz üçün nə qədər vacib olduğunu anlayır, yaranan narahatlığın ən qısa zamanda həlli üçün tam gücümüzlə çalışırıq. Həmçinin məlumat üçün bildirmək istəyirik ki, müştərilərimiz kartla POS-terminal, eləcə də "Apple Pay" və "Google Pay" ödənişlərini rahatlıqla edə bilərlər. Müştərilərimizə anlayışları üçün təşəkkür edirik”, - bankın məlumatında deyilir.

Son xəbərlər

Orphus sistemi