Bu il istehsalatda bədbəxt hadisələrə görə 2,8 mln. manat sığorta ödənişi verilib

Bu il istehsalatda bədbəxt hadisələrə görə 2,8 mln. manat sığorta ödənişi verilib Bakı. 21 dekabr. REPORT.AZ/ İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə toplanan sığorta haqlarının və ödənişlərin məbləği açıqlanıb.
Maliyyə
21 Dekabr , 2018 17:02
Bu il istehsalatda bədbəxt hadisələrə görə 2,8 mln. manat sığorta ödənişi verilib
0 : 00
0 : 00

Bakı. 21 dekabr. REPORT.AZ/ İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə toplanan sığorta haqlarının və ödənişlərin məbləği açıqlanıb.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu ilin yanvar-noyabr ayları ərzində bu sinif üzrə sığorta daxilolmaları 33 mln. 39 min manat təşkil edib. Bu, yanvar-oktyabr aylarındakı göstəricidən 2 mln. 795,3 min manat və ya 9,24%, ötən ilin eyni dövründəki göstəricidən isə 2 mln. 48 min manat və ya 6,6% çoxdur.

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə ödənişlərə gəlincə, hesabat dövründə bu rəqəm 2 mln. 812,6 min manat olub ki, bu da yanvar-oktyabr ayları ilə müqayisədə 215,4 min manat və ya 8,29% çoxdur, bir il əvvəlki göstəricidən isə 123,7 min manat və ya 4,21% azdır.

Ümumilikdə, yanvar-noyabr aylarında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə ödənişlər sığorta haqlarının cəmi 8,51%-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi