Bir sıra Belarus bankları təcrübə kimi Azərbaycan manatı və Özbəkistan sumu ilə ödənişlər aparır.
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Belarus Turizm Sənayesi Respublika İttifaqının İdarə Heyətinin sədri Filip Quli deyib.
"Bizim dost ölkələrlə Rusiya rublu olmadan, qarşılıqlı ödənişlərdə müəyyən çətinliklərimiz var. Məsələn, Özbəkistan və Azərbaycanla. Bəzi banklarımız artıq eksperimental olaraq milli valyutada, istər Azərbaycan manatı, istərsə də Özbəkistan sumu ilə ödəniş etməyə imkan yaradıblar”, - F. Quli qeyd edib.
İttifaqın sədri bu prosesin yeni başladığını vurğulayıb:
“Bu, bizi 10 il əvvəlki arzumuza yaxınlaşdıra bilər. Söhbət MDB daxilində dost ölkələrlə ABŞ dollarından tamamilə uzaqlaşaraq milli valyutalarda qarşılıqlı ödənişlərdən gedir”.