Baş bankir: "Maliyyə sektoru üçün yeni strategiya yaxın aylarda təsdiqlənəcək"

Maliyyə
  • 03 may, 2023
  • 09:31
Baş bankir: Maliyyə sektoru üçün yeni strategiya yaxın aylarda təsdiqlənəcək

Azərbaycan Mərkəzi Bankının (AMB) maliyyə sektoru üçün hazırladığı yeni strategiyanın bu ilin ortalarına qədər təsdiqlənəcəyi gözlənilir.

"Report" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov uçot dərəcəsinin parametrlərində dəyişikliklərlə bağlı keçirilən mətbuat konfransında bildirib.

"Strategiya beynəlxalq tərəfdaşlarla birlikdə hazırlanır, bank və qeyri-bank təşkilatlarının inkişafı üçün yeni model olan transformasiya məsələlərini əhatə edəcək", - deyə baş bankir qeyd edib.

44 filmi