Azərbaycanda bank əmanətlərinin həcmi 10% artıb

Azərbaycanda bank əmanətlərinin həcmi 10% artıb Bununla yanaşı, əcnəbi vətəndaşların ​Azərbaycandakı əmanətləri 14% azalıb
Maliyyə
6 Yanvar , 2015 15:09
Azərbaycanda bank əmanətlərinin həcmi 10% artıb

Bakı. 6 yanvar. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən banklarda yerləşdirilmiş əmanətlərin ümumi həcmi 2014-cü il dekabrın 1-nə 7 086,4 mln. manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,4% çoxdur.

"Report" Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına əsasən xəbər verir ki, həmin əmanətlərin 4 482,1 mln. manatı milli valyuta (63,25%), 2 604,3 mln. manatı isə xarici valyuta (36,75%) ilə saxlanılır. Keçən ilin eyni dövrü ilə müqayisədə manat əmanətlərinin həcmi 13,3%, valyuta əmanətləri 5,7% artıb, bunların məcmu əmanət portfelində xüsusi çəkisi isə müvafiq olaraq 1,63 faiz bəndi artıb və azalıb. 

Kommersiya banklarında saxlanılan pulların 6 435,6 mln. manatı (90,82%) rezidentlərin (Azərbaycan vətəndaşları), 650,8 mln. manatı (9,18%) isə qeyri-rezidentlərin (əcnəbi vətəndaşların) payına düşür. Maraqlıdır ki, hesabat dövründə rezidentlərin bank əmanətləri 13,7% artsa da, əcnəbilər bank hesablarını 14,4% azaldıb. Bu kateqoriyalardan olan əmanətçilərin vəsaitlərinin xüsusi çəkisi isə müvafiq olaraq 2,66 faiz bəndi artıb və azalıb.

Son xəbərlər

Orphus sistemi