Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar tətbiq edilmiş karantin dövründə banklar pandemiyadan təsirlənmiş fiziki şəxslərin və sahibkarların kreditlərinin geniş restrukturizasiyası prosesinə başlayıb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqlamasında bildirilir.
Məlumata görə, 15 sentyabr 2020-ci il tarixinə pandemiya ilə bağlı 1,3 milyard manat məbləğində restrukturizasiya müraciəti olunub, müraciətlərin məbləğ üzrə 85%-i (təxminən 1,1 milyard manat) icra edilib. Hazırda banklarda restrukturizasiya müraciətlərinə baxılması prosesi davam edir.