​"Bank VTB (Azərbaycan)" bazara rublla plastik kartlar çıxaracaq

​"Bank VTB (Azərbaycan)" bazara rublla plastik kartlar çıxaracaq Bank ekspertlərinin fikrincə, Rusiyada biznes tərəfdaşları olan sahibkarlar bu kartdan geniş istifadə edəcək
Maliyyə
6 Dekabr , 2014 11:12
​Bank VTB (Azərbaycan) bazara rublla plastik kartlar çıxaracaq
Bakı. 6 dekabr. REPORT.AZ/ "Bank VTB (Azərbaycan)" yaxın vaxtlarda müştərilərinə yeni məhsul – rublla plastik kartlar təqdim etməyi planlaşdırır. "Report"un verdiyi xəbərə görə, bu barədə Bankın yaydığı məlumatda bildirilir.

Bank ekspertlərinin fikrincə, Rusiyada biznes tərəfdaşları olan sahibkarların və bu ölkədə yaşayan azərbaycanlıların rubl kartından geniş istifadə edəcəyi gözlənilir.

Qeyd edək ki, "Bank VTB (Azərbaycan)" 2014-cü ilin avqust ayından Rusiya valyutasından kreditləşmə üçün istifadə edir.

Xatırladaq ki, "Bank VTB (Azərbaycan)" ASC Rusiyanın "VTB Bank" ASC-nin törəmə bankıdır. "Bank VTB (Azərbaycan)"ın səhmdarları rolunda "VTB Bank" ASC və "AtaHolding" ASC çıxış edir. Bank əsasən korporativ biznes, kiçik və fərdi biznesi təmsil edən müştərilərə xidmət göstərir. Bu gün bank 12 filial və baş ofis yanında Müştəri Xidmətləri İdarəsi ilə təmsil olunub.

Son xəbərlər

Orphus sistemi