​"Bank VTB (Azərbaycan)" dollar kreditlərinin ödəniş prosesini sadələşdirir

​"Bank VTB (Azərbaycan)" dollar kreditlərinin ödəniş prosesini sadələşdirir Bank müştərilər üçün fərdi ödəniş qrafikləri təqdim etməyə və kredit müddətini artırmağa hazırdır
Maliyyə
138
14 Aprel , 2015 18:16
​Bank VTB (Azərbaycan) dollar kreditlərinin ödəniş prosesini sadələşdirir

Bakı. 14 aprel. REPORT.AZ/ "Bank VTB (Azərbaycan)" ASC müştəriulərin ABŞ dollarında olan kreditlərin ödənişini sadələşdirmək və borcalanın maliyyə yükünü azaltmaq məqsədilə bir sıra tədbirlər həyata keçirir. Müştərinin istəyindən asılı olaraq, bank onlar üçün fərdi ödəniş qrafikləri təqdim etməyə və kredit müddətini artırmağa hazırdır.

Bankdan "Report"a verilən məlumata əsasən, bu tədbirlər manat ekvivalentində aylıq ödənişləri əvvəlki səviyyədə saxlamağa imkan verəcək.

"Biz müştərilərimizin qarşılaşdığı çətinlikləri nəzərə alırıq və borclarının ödənilməsi üçün əlverişli şərait yaratmağa çalışırıq. Müştərilər üçün güzəştə gedib onların kredit ödənişlərini asanlaşdırmağa hazırıq", - "Bank VTB (Azərbaycan)"ın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.

Qeyd edək ki, "Bank VTB (Azərbaycan)" ASC "VTB Bank" ASC-nin törəmə qurumudur. "Bank VTB (Azərbaycan)"ın səhmdarları "VTB Bank" ASC və “AtaHolding” ASC-dir. "Bank VTB (Azərbaycan)" korporativ biznes, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcə də fiziki şəxslərə xidmət göstərir. Bu gün Bank 14 filial və baş ofis yanında Müştəri Xidmətləri İdarəsi ilə təmsil olunub.

Son xəbərlər

Orphus sistemi