“Bank VTB (Azerbaijan)”nın depozit portfeli 23% artıb

“Bank VTB (Azerbaijan)”nın depozit portfeli 23% artıb Bakı. 27 oktyabr. REPORT.AZ/ “Bank VTB (Azerbaijan)” ASC-nin cəmi aktivləri illik müqayisədə 2,7 dəfə azalaraq 2018-ci il oktyabrın 1-nə 144 371 min manat təşkil edib.
Maliyyə
27 Oktyabr , 2018 12:17
“Bank VTB (Azerbaijan)”nın depozit portfeli 23% artıb

Bakı. 27 oktyabr. REPORT.AZ/ “Bank VTB (Azerbaijan)” ASC-nin cəmi aktivləri illik müqayisədə 2,7 dəfə azalaraq 2018-ci il oktyabrın 1-nə 144 371 min manat təşkil edib.

“Report” bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat dövründə kredit portfeli (məqsədli ehtiyatlar çıxılmaqla) illik 5,0 dəfə azalaraq bu il oktyabrın 1-nə 55 478 min manata enib.

Cəmi öhdəliklər illik 4,0 dəfə azalaraq 89 607 min manat olub. Buna baxmayaraq, depozitlər (bankların və digər maliyyə müəssisələrinin depozitləri istisna olmaqla) illik 22,6% artaraq 49 632 min manata yüksəlib. 2018-ci il oktyabrın 1-nə bankın nizamnamə kapitalı 315 815 min manat, cəmi kapitalı 54 765 min manat təşkil edib.

Bank 2018-ci ilin yanvar-sentyabr ayları ərzində 250 847 min manat zərər edib. Xatırladaq ki, ötən ilin eyni dövründə bank 2 420 min manat xalis mənfəət əldə etmişdi.

2018-ci ilin yanvar-sentyabr aylarında bankın faiz gəlirləri 5 931 min manat, faiz xərcləri 7 779 min manat, qeyri-faiz gəliri (-5 512 min) manat, qeyri-faiz xərci 12 348 min təşkil edib.

Son xəbərlər

Orphus sistemi