"Bank VTB (Azerbaijan)"ın səhmdarlarının yığıncağı keçiriləcək

"Bank VTB (Azerbaijan)"ın səhmdarlarının yığıncağı keçiriləcək Yığıncaq martın 30-na təyin edilib
Maliyyə
15 Fevral , 2017 10:14
Bank VTB (Azerbaijan)ın səhmdarlarının yığıncağı keçiriləcək

Bakı. 15 fevral. REPORT.AZ/ Martın 30-da, saat 11:00-da "Bank VTB (Azerbaijan)" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. 

Bu barədə "Report"a Bankdan bildirilib. 

Məlumata görə, yığıncaq kredit təşkilatının baş ofisinin yerləşdiyi Bakı şəhəri, Xətai prospekti,38 ünvanında baş tutacaq. 

Xatırladaq ki, "Bank VTB (Azerbaijan)" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 50,815 mln. manatdır. Bankın səhmlərinin 51%-i "Bank VTB" ASC-yə (Rusiya), 48,99%-i "AtaHolding" MMC-yə, 0,01%-i isə adı çəkilən holdinqin Müşahidə Şurası sədrinin birinci müavini Əşrəf Kamilova məxsusdur.

Son xəbərlər

Orphus sistemi