Rusiyada bank sisteminin əsas problemi kapitaldakı yeyintilərlə bağlıdır

Rusiyada bank sisteminin əsas problemi kapitaldakı yeyintilərlə bağlıdır Bu ölkə banklarının məcmu kapital kəsiri 400 mlrd. ABŞ dollarından çoxdur
Maliyyə
680
16 Yanvar , 2017 19:54
Rusiyada bank sisteminin əsas problemi kapitaldakı yeyintilərlə bağlıdır
Courtesy İmage

Bakı. 16 yanvar. REPORT.AZ/ Rusiya Bankı (Mərkəzi Bank) tərəfindən aşkar edilən kommersiya banklarının kapitallarında yeyinti hallarının son 3 ildə məcmu həcmi 1,5 trln. rubla (250 mlrd. ABŞ dolları) çatıb. 

"Report"un "Expert" saytına istinadən verdiyi xəbərə görə, bankların cari balans kapitalının təqribən 25%-i və ya 1 trln. rubl (167 mlrd. dollar) həcmdə əlavə daha aşkarlanmayan yeyintinin olduğu ehtimal edilir.

Ümumiyyətlə, son üç il ərzində Rusiyada hər 3 bankdan biri ya lisenziyasını itirib, ya da sanasiyaya məruz qalıb. Bu proses nəinki xırda bankları, hətta top-30-a daxil olan "Trast" və "Vneşprombank"ı da əhatə edib.

Bankların lisenziyasının geri çağırılmasında əsas səbəb kimi onların aktivlərinin real dəyərini saxtalaşdırmaq olub. Bankların dəyərinin geniş miqyaslı saxtalaşdırılması onların kapitallarında kəsirin yaranmasına səbəb olub. Belə ki, onların aktivlərinin real dəyəri ilə kreditor və əmanət sahibləri qarşısında öhdəlikləri arasında fərq yaranıb.

Kapitalda yaranan kəsir bankların uzun müddətli ödəniş qabiliyyətinin itirilməsinə gətirib çıxarıb. Bu, bankların bütün aktivlərini satsalar belə öhdəliklərini ödəyə bilməyəcəkləri deməkdir. Rusiyada iflas edən bankların hesabatlarda göstərilən aktivlərinin orta hesabla 60%-nin real olaraq heç bir dəyəri olmayıb. Banklar orta hesabla aktivlərinin dəyərini şişirdərək kapitallarının orta hesabla 6 qatına çıxardıblar. Bu da o deməkdir ki, hər bir rubl itkinin 17 qəpiyi bank sahibləri, 83 qəpiyi kreditor və əmanətçilər tərəfindən ödənilib.

Xatırladaq ki, Top-100-ə daxil olan kifayət qədər böyük banklardan son 3 il ərzində lisenziyası ləğv olunanlardan hər birinin kaöitalında yeyinti və ya kəsir halları aşkar edilib.  

Son xəbərlər

Orphus sistemi