"Bank Respublika" tələbələr üçün "Yay təcrübə proqramı" layihəsinə başlayıb

"Bank Respublika" tələbələr üçün "Yay təcrübə proqramı" layihəsinə başlayıb Bakı. 24 iyul. REPORT.AZ/ Daim gəncləri və təhsili dəstəkləyən Bank Respublika tələbələr və universiteti yeni bitirmiş istedadlı gənclər üçün nəzərdə tutulmuş “Yay Təcrübə Proqramına” bu gün start verdi.
Maliyyə
24 İyul , 2018 17:32
Bank Respublika tələbələr üçün Yay təcrübə proqramı layihəsinə başlayıb
0 : 00
0 : 00

Bakı. 24 iyul. REPORT.AZ/ Daim gəncləri və təhsili dəstəkləyən "Bank Respublika" tələbələr və universiteti yeni bitirmiş istedadlı gənclər üçün nəzərdə tutulmuş “Yay Təcrübə Proqramına” bu gün start verdi.

Bankdan verilən məlumata görə, təcrübə proqramı tələbələr arasında böyük marağa səbəb olub və çox sayda iştirak müraciəti qəbul olunub. Namizədlər arasında aparılan testlər nəticəsində ən savadlı 25 tələbə Yay Təcrübə Proqramında iştirak etmək imkanı qazanıb.

Bu gün bankın Baş Ofisində layihə iştirakçıları ilə ilk görüş keçirildi. Görüşdə iştirak edən bankın İdarə Heyətinin sədr müavini Elnur Həsənov iştirakçıları salamlayaraq, onlara layihənin mahiyyəti haqda məlumat verdi və uğurlar arzuladı.

İki ay davam edəcək layihə çərçivəsndə iştirakçılar dərin biliklərə yiyələnmək, bankın komandasında çalışmaq və müvəffəqiyyətli karyera üçün lazım olan texniki və peşəkar bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaqlar. Layihənin sonunda proqramı uğurla bitirən iştirakçıların işə qəbul olunması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi