​"Bank of Baku" müştərilərə güzəşt təklif edib

​"Bank of Baku" müştərilərə güzəşt təklif edib Bu əməliyyat müştərinin "Asan İmza"sı ilə təsdiq olunmalıdır
Maliyyə
158
19 Yanvar , 2016 16:58
​Bank of Baku müştərilərə güzəşt təklif edib

Bakı. 19 yanvar. REPORT.AZ/ "Bank of Baku" ASC internet-bankçılıq xidmətindən istifadə edən müştərilərinə hesabdan-hesaba pul köçürmələrində 50%-dək güzəşt edəcək. Bu barədə "Report"a Bankın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, internet bankçılıq vasitəsilə həyata keçirilən bu əməliyyat müştərinin "Asan İmza"sı ilə təsdiq olunmalıdır.

İnternet-bankçılıqdan istifadə etməklə müştərilər iş yerini və ya evini tərk etmədən günün istənilən saatı birbaşa olaraq internet vasitəsilə öz hesablarına nəzarət edə, həyata keçirdiyi keçmiş əməliyyatlara dair ətraflı məlumat əldə edə, habelə, bir çox müxtəlif elektron xidmətlərdən faydalana bilərlər. Bu elektron xidmətlərə cari hesab, kart, əmanət, kredit hesabı sahiblərinin internet vasitəsilə öz hesabları üzrə aparılan pul dövriyəsinin izlənməsi, ödəniş tarixçəsinə dair məlumatın əldə olunması, həmçinin yeni ödənişlərin həyata keçirilməsi, kartdan-karta pul köçürülməsi, əmanət məbləğinin artırılması, bankdaxili və xarici pul köçürmələri daxildir.

İnternet-bankçılıq xidmətinə qoşulma fiziki şəxslər üçün ödənişsizdir, hüquqi şəxslər isə illik 10 manat ödəməklə xidmətdən istifadə edə bilərlər.

Son xəbərlər

Orphus sistemi