“Bank Melli İran-Baku”: ABŞ-ın sanksiyalarının fəaliyyətimizə təsir edəcəyini düşünmürük

“Bank Melli İran-Baku”: ABŞ-ın sanksiyalarının fəaliyyətimizə təsir edəcəyini düşünmürük Bakı. 6 noyabr. REPORT.AZ/ ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində xüsusi siyahıya saldığı qurumlar arasında İran Milli Bankı və onun Bakıda fəaliyyət göstərən filialı (“Bank Melli İran-Baku”) da var.
Maliyyə
6 Noyabr , 2018 10:26
“Bank Melli İran-Baku”: ABŞ-ın sanksiyalarının fəaliyyətimizə təsir edəcəyini düşünmürük

Bakı. 6 noyabr. REPORT.AZ/ ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində xüsusi siyahıya saldığı qurumlar arasında İran Milli Bankı və onun Bakıda fəaliyyət göstərən filialı (“Bank Melli İran-Baku”) da var.

“Report” sanksiyaların filialın fəaliyyətinə necə təsir edəcəyi ilə maraqlanıb.

“Bank Melli İran-Baku”dan bildirilib ki, onların müştəriləri arasında ABŞ-dan asılılığı olan fiziki və hüquqi şəxslər yoxdur: “Odur ki, sanksiyaların fəaliyyətimizə təsir edəcəyini düşünmürük”. 

Xatırladaq ki, İran bankı Azərbaycanda 1993-cü ildən fəaliyyət göstərir. Onun Bakı filialının nizamnamə kapitalı 76 611 171 manatdır.

Son xəbərlər

Orphus sistemi