“Bank BTB” karantin günlərində müştərilərin xidmətindədir

“Bank BTB” karantin günlərində müştərilərin xidmətindədir Bildiyimiz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 21 iyun – 5 iyul tarixləri arasında ölkə ərazisində karantin rejimi sərtləşdirilib. Xüsusi karantin rejiminin davam etdiyi günlərdə yalnız fəaliyyətinə icazə verilən sahələr əhaliyə xidmət edir.
Maliyyə
108
24 İyun , 2020 13:00
“Bank BTB” karantin günlərində müştərilərin xidmətindədir

Bildiyimiz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 21 iyun – 5 iyul tarixləri arasında ölkə ərazisində karantin rejimi sərtləşdirilib. Xüsusi karantin rejiminin davam etdiyi günlərdə yalnız fəaliyyətinə icazə verilən sahələr əhaliyə xidmət edir.

Məlumata görə, fəaliyyət icazəsi olan sahələr sırasında Maliyyə təşkilatları üzrə Bank sektoru da gücləndirilmiş karantin rejimi çərçivəsində fəaliyyətinə davam edir.

Əhali ilə birbaşa təmasda olan banklar, xüsusilə onların filialları Koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizədə aparılan tədbirlərə xüsusi riayət edir. Məqsəd paytaxt şəhər və bölgələrdə əhaliyə mütəmadi maliyyə xidmətlərinin göstərilməsi, bank xidmətlərindən fasiləsiz, tələb olduğu anda əlçatanlığın təmin edilməsidir.

“Bank BTB” də öz növbəsində koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması məqsədilə istər işçilər, istərsə də, müştərilərə münasibətdə xüsusi karantin qaydalarına ciddi əməl edir. Belə ki, müştərilər və əməkdaşlar maska və spirt məhlulu ilə təmin olunur, bədən hərarəti ölçülür, müştərilərə xidmətdə sosial məsafə və növbəlilik prinsipi əsas tutulur, eləcə də əməkdaşların iş rejimində məsafədən fəaliyyətə məhdudiyyət qoyulmur. Bunlarla yanaşı, “Bank BTB”in təklif etdiyi onlayn xidmətlər imkan yaradır ki, müştərilər banka gəlmədən kredit üzrə ödənişlərin edilməsi, əmanət üzrə vəsaitin artırılması, plastik kart və cari hesab balansına vəsaitlərin mədaxili, depozit, kart və cari balans üzrə hesaba nəzarət edilməsi və digər bir çox bank əməliyyatlarını rahatlıqla həyata keçirsinlər.

Qeyd edək ki, “Bank BTB” onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/), 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsi, eləcə də (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı ilə həftəiçi 5 gün müştərilərin xidmətindədir.

Son xəbərlər

Orphus sistemi