Bakıda SPECA-nın Rəhbər Şurasının 18-ci sessiyası keçirilir

Bakıda SPECA-nın Rəhbər Şurasının 18-ci sessiyası keçirilir Bu gün SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) ölkələrinin Rəhbər Şurasının 18-ci sessiyası keçirilir.
Maliyyə
23 Noyabr , 2023 10:42
Bakıda SPECA-nın Rəhbər Şurasının 18-ci sessiyası keçirilir

Bu gün SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) ölkələrinin Rəhbər Şurasının 18-ci sessiyası keçirilir.

"Report" xəbər verir ki, sessiyada iştirakçı dövlətlərin ümumi problemlərinin həlli ilə bağlı yeni strategiyaların hazırlanması, o cümlədən Proqram çərçivəsində Etimad Fondunun yaradılması məsələsi müzakirə edilir.

Sessiyada noyabrın 20-dən işinə başlayan İqtisadi Forumun nəticələri, Proqramın işləmə mexanizmini tənzimləyən sənədlərin müzakirəsi, o cümlədən digər sənədlər ətrafında fikir mübadiləsi aparılır.

Qeyd edək ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir. 2023-cü ildə SPECA-ya sədrliyi Azərbaycan Respublikası həyata keçirir.

Son xəbərlər

Orphus sistemi