“Bakı Sığorta” baş ofisinin yerini dəyişib

“Bakı Sığorta” baş ofisinin yerini dəyişib Şirkət Bakının Nəsimi rayonundan Yasamal rayonuna köçüb
Maliyyə
28 Mart , 2017 08:59
“Bakı Sığorta” baş ofisinin yerini dəyişib

Bakı. 28 mart. REPORT.AZ/ Bu gündən “Bakı Sığorta” ASC-nin baş ofisi yeni ünvanda fəaliyyət göstərir.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumatda deyilir ki, şirkətin baş ofisi indiyə qədər fəaliyyət göstərdiyi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 100E ünvanından Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 315C ünvanına köçürülüb.

Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib.. Onun nizamnamə kapitalı 8 925 444 manatdır. Şirkətin səhmlərinin 57,9785%-i “Bank Respublika” ASC-yə, hər birin 9,375% olmaqla "Diamond Motors", "Subaru Azərbaycan" və "Yeni Motor" MMC-lərə, 6,9653%-i Murad Arif oğlu Rəhimova, 6,9312%-i Behbud Çingiz oğlu Nəcəfova məxsusdur. 

Son xəbərlər

Orphus sistemi