Bakı Mühəndislik Universiteti sığortaçı seçir

Bakı Mühəndislik Universiteti sığortaçı seçir Bakı Mühəndislik Universitetinin (BMU) səyahət sığortası üçün açıq tender elan edib.
Maliyyə
1 May , 2024 12:00
Bakı Mühəndislik Universiteti sığortaçı seçir

Bakı Mühəndislik Universiteti (BMU) səyahət sığortası üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 17 manat təşkil edir.

İddiaçılar təkliflərini mayın 27-nə qədər BMU-nun yerləşdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsi, ev 120 ünvanına təqdim edə bilərlər.

Təkliflərə mayın 27-si, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Qeyd edək ki, ötən il Bakı Mühəndislik Universitetinə bu xidmətləri "Meqa Sığorta" ASC göstərib. Bu şirkətlə 12 349 manat məbləğində müqavilə imzalanıb.

Son xəbərlər

Orphus sistemi