Maliyyə Nazirliyinin tabeliyindəki “Bakı Konqres Mərkəzi” MMC tədbirlər sənayesinin yeni mövsümündə beynəlxalq tərəfdaşları ilə əməkdaşlıq perspektivlərini müzakirə edir.
"Report" xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, bu məqsədlə şirkətin əməkdaşları Avropada tədbirlər sənayəsinin ən öndə gedən nümayəndələrini bir araya gətirən "Conventa" layihəsinin həmtəsisçisi və "Kongres" jurnalının ("Kongres Magazine") baş redaktoru Qorazd Kad ilə görüşüblər. Məhsuldar keçən görüş zamanı “Bakı Konqres Mərkəzi”nin 2020-ci ildə növbəti dəfə Yeni Avropanın Ən Yaxşı Konqres Mərkəzləri nominasiyası üzrə “Görüşlər Ulduzu Mükafatı”na (
"Bakı Konqres Mərkəzi" "Görüşlər Ulduzu 2020" mükafatının Yeni Avropada Ən Yaxşı Konqres Mərkəzləri nominasiyası üzrə qalibi seçilib. Tədbir məkanı, davamlılıq, akustika və səs sistemləri, kommunikasiya, müştəri xidmətləri və s. keyfiyyətlərinə görə “Bakı Konqres Mərkəzi” iki ildir ki, tədbirlər sənayesinə liderlik edir. Göstərdiyi davamlı inkişaf nəticələrinə görə sözügedən mərkəz 2019-cu ildə də eyni nominasiya üzrə qalib olub. Qalib “Gizli Konqres Qonağı” kimi tanınan alqoritm vasitəsi ilə seçilir.
Həmçinin 29 məşhur Konqres Mərkəzi arasında aparılan qiymətləndirmə nəticəsində Bakı Konqres Mərkəzi yüksək nəticə ilə “Qızıl Konqres Mərkəzi” kateqoriyasında yer alıb.
"Conventa" layihəsi Avropada geniş təcrübəyə və tədbirlər sənayesindəki trendləri təqdim etmə potensialına malik yeganə platformadır. Layihənin “Görüşlər Ulduzu Mükafatı” tədbir məkanlarının qiymətləndirilməsində ən tanınmış və güvənilən meyar hesab olunur.