"Bakı Konqres Mərkəzi" auditor seçir

Maliyyə
  • 16 mart, 2022
  • 12:38
Bakı Konqres Mərkəzi auditor seçir

Maliyyə Nazirliyinə məxsus "Bakı Konqres Mərkəzi" MMC 2021-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 100 manatdır.

İddiaçılar təkliflərini aprelin 6-sı, saat 10:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər.

Sorğunun nəticəsi aprelin 6-da, saat 11:00-da portalda açıqlanacaq.