Bakı Fond Birjasında "AccessBank" istiqrazlarının “Açılış Zəngi” tədbiri keçirilib

Bakı Fond Birjasında "AccessBank" istiqrazlarının “Açılış Zəngi” tədbiri keçirilib Bu gün Bakı Fond Birjasında növbəti “Açılış Zəngi” tədbiri "AccessBank"ın manat istiqrazlarının kapital bazarında ticarətə buraxılması münasibətilə təşkil edilib.
Maliyyə
28 İyun , 2024 13:52
Bakı Fond Birjasında AccessBank istiqrazlarının “Açılış Zəngi” tədbiri keçirilib

Bu gün Bakı Fond Birjasında növbəti “Açılış Zəngi” tədbiri "AccessBank"ın manat istiqrazlarının kapital bazarında ticarətə buraxılması münasibətilə təşkil edilib.

Belə ki, "AccessBank" kapital bazarında yerli valyutada yeni maliyyə alətlərinin buraxılışını həyata keçirir. 28 iyun 2024-cü il tarixində baş tutan "Açılış zəngi" tədbiri ilə bankın 5 milyon manat həcmində istiqrazlarının yerləşdirilməsinə başlanıldı.

Qeyd edək ki, təklif edilən istiqrazların hər birinin nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 10 %, ödəniş dövrü 90 gündən bir, tədavül müddəti 18 aydır. Sənədsiz, adlı, istiqraz faizli, təmin edilməmiş istiqrazların yerləşdirmə üzrə anderrayteri "ABB-İnvest" investisiya şirkətidir.

Tədbirin sonunda emitent – "AccessBank", Bakı Fond Birjası və "ABB-İnvest" investisiya şirkətinin nümayəndələri tərəfindən istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə edən zəng çalınıb. Beləliklə, istiqrazların Bakı Fond Birjasının ticarət platformasında ticarətinə başlanılıb.

"AccessBank" Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.

*AccessBank" QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Son xəbərlər

Orphus sistemi