"Bakı Fond Birjası"nın dövriyyəsi 2 %-dən çox azalıb

Maliyyə
  • 09 yanvar, 2023
  • 09:12
Bakı Fond Birjasının dövriyyəsi 2 %-dən çox azalıb

2022-ci ildə "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 14 milyard 947,985 milyon manat təşkil edib.

“Report” BFB-yə istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 2,3 % azdır.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 11,2 % azalaraq 10 501 olub.

BFB-nin dövriyyəsinin 55,6 %-i və yaxud 8 milyard 312,835 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 14,1 % çoxdur.

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 92,8 % artaraq 1 milyard 574,691 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 29,7 % azalaraq 5 milyard 060,458 milyon manat olub.