“Bakı Fond Birjası”nın dövriyyəsi 17% azalıb

“Bakı Fond Birjası”nın dövriyyəsi 17% azalıb Bu ilin I rübündə Bakı Fond Birjası QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 4 649,303 milyon manat təşkil edib.
Maliyyə
1 May , 2019 11:33
“Bakı Fond Birjası”nın dövriyyəsi 17% azalıb

Bu ilin I rübündə "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 4 649,303 milyon manat təşkil edib.

“Report” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,7% azdır.

Son bir ildə bağlanmış əqdlərin sayı isə 6,5% azalaraq 25 099-a düşüb.

BFB-nin dövriyyəsinin 74%-i və yaxud 3 671,752 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu illik müqayisədə 40,8% azdır.

Hesabat dövründə səhm bazarı üzrə əqdlərin 12,2 dəfə artaraq 684 min manat, istiqraz bazarı üzrə əqdlərin dəyəri təxminən 44,6% azalaraq 80,997 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri 52,95% azalaraq 101,08 milyon manat, törəmə maliyyə alətləri üzrə əqdlərin dəyəri isə 68,9% azalaraq 794,79 milyon manat olub. 

İngilis versiyası BSE turnover drops 17%

Son xəbərlər

Orphus sistemi