Bakı Dövlət Universitetinin işçi heyətinə də smart Təhsil kartları verildi

Bakı Dövlət Universitetinin işçi heyətinə də smart Təhsil kartları verildi Azərbaycanda ilk dəfə olaraq Bakı Dövlət Universitetinin işçi heyətinə “Kapital Bank” ASC-nin smart Təhsil kartları təqdim edilib.
Maliyyə
24 Noyabr , 2020 10:06
Bakı Dövlət Universitetinin işçi heyətinə də smart Təhsil kartları verildi

Azərbaycanda ilk dəfə olaraq Bakı Dövlət Universitetinin işçi heyətinə “Kapital Bank” ASC-nin smart Təhsil kartları təqdim edilib. Layihə Təhsil Nazirliyinin, Azərbaycan Mərkəzi Bankının və Universitetin təşəbbüsü, “Kapital Bank” və “Mastercard”ın dəstəyi ilə həyata keçirilib.

Smart Təhsil kartı vasitəsilə ali və orta ixtisas təhsil müəssisələrinin işçi heyəti məvaciblərini alacaq, eyni zamanda ölkə daxilində və xaricdə həmin kartlarla ödənişlər həyata keçirəcəklər. Həmçinin smart kartdan universitet, kitabxana və oxu zallarına giriş üçün də istifadə edə biləcəklər. Gələcəkdə bu kartların əhatə imkanlarının daha da genişləndirilməsi, ictimai nəqliyyatda, müəllimlər üçün xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində istifadəsi də nəzərdə tutulub.

İndiyə qədər “Kapital Bank” smart Təhsil kartlarını Azərbaycan Dövlət İqtisad Universitetinin, Bakı Mühəndislik Universitetinin, Bakı Dövlət Universitetinin, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinə təqdim edib. Gələcəkdə digər ali və orta ixtisas təhsil müəssisələrinin təhsilalanlarına və işçi heyətinə də analoji kartlar verilməsi nəzərdə tutulur.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 102 filialı və 18 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Son xəbərlər

Orphus sistemi