İcbari sığortaya cəlb edilən avtomobillərin 19,2 minə qədərini xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Göstərilən dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 6 mln. manatı ötüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 6,2%, sığorta haqlarının məbləğində 5% artım müşahidə edilib.
Ümumilikdə, cari ilin ilk 9 ayı ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 688 mindən çox sığorta müqaviləsi bağlanıb və müqavilələr üzrə toplanılan sığorta haqlarının məbləği 51,7 mln. manat təşkil edib. Nəticədə, ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 5,9%, sığorta haqlarının məbləğində isə 6,1% artım müşahidə edilib.