​Azərbaycan dövlət istiqrazlarının indeksi yüksəlib

​Azərbaycan dövlət istiqrazlarının indeksi yüksəlib Dövriyyədə olan istiqrazların cari qiymət üzrə həcmi 0,007% artıb
Maliyyə
31 Oktyabr , 2014 05:26
​Azərbaycan dövlət istiqrazlarının indeksi yüksəlib

Bakı. 31 oktyabr. REPORT.AZ/. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indexi 0,01% artaraq oktyabr ayının 31-nə 3 055,04 təşkil edib. Ortaölçülü qiymət indeksi 95,47-yə bərabər olub. Oktyabrın 31-nə dövriyyədə olan istiqrazların cari qiymət üzrə həcmi 0,007% artaraq 139 575 814 manat təşkil edir.

“Report”un hesablamalarına görə, Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,01% yüksəlib və 871,85-ə bərabər olub. Ortaölçülü qiymət indeksi isə 108,98 təşkil edib.

Son xəbərlər

Orphus sistemi