“Azsığorta” ötən ili mənfəətlə başa vurub

“Azsığorta” ötən ili mənfəətlə başa vurub “Azsığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 60,73 mln. manat təşkil edib.
Maliyyə
1 Aprel , 2019 09:18
“Azsığorta” ötən ili mənfəətlə başa vurub

“Azsığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 60,73 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 0,5% azdır.

2018-ci ildə “Azsığorta”nın cəmi öhdəlikləri 15,4% azalaraq 26,33 mln. manata düşüb, cəmi kapitalı isə 15,1% artaraq 34,401 mln. manata çatıb.

Ötən il “Azsığorta”nın gəlirləri 30,052 mln. manat (əvvəlki ilə nisbətən 4,1% az), xərcləri 24,634 mln. manat (28,4% az), mənfəət vergisi ödəmələri isə 1,012 mln. manat (əvvəlki il vergi ödəməyib) təşkil edib. Son nəticədə şirkət 2018-ci ili 4,406 mln. manat xalis mənfəətlə başa vurub. Haıbuki maliyyə qurumu 2017-ci ildən 3,065 mln. manat zərərlə çıxmışdı.

Xatırladaq ki, "Azsığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20,3 mln. manatdır. Şirkətin səhmləri 100% Hikmət Abuzər oğlu İsmayılova (“AFB Bank” ASC-nin 99,64%-lik, "Bank of Baku" ASC-nin isə 31,11%-lik səhmdarı) məxsusdur. 

Son xəbərlər

Orphus sistemi