"Azfinance İnvestisiya Şirkəti" ASC 2020-ci ili 313 min manat xalis mənfəətlə başa vurub.
"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 19,9% çoxdur.
Ötən il " Azfinance"ın vergiyəqədərki mənfəəti 468 min manat (əvvəlki illə müqayisədə 28,9% çox), mənfəət vergisi ödəmələri isə 155 min manat (52% çox) təşkil edib.
Bu il yanvarın 1-nə " Azfinance"ın aktivləri 2,45 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 6,5% çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 42,4% azalaraq 223 min manata düşüb, balans kapitalı isə 16,4% artaraq 2,227 milyon manata çatıb.
Xatırladaq ki, “Azfinance" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,55 milyon manatdır. İnvestisiya şirkətinin səhmləri 100% Dubayda (BƏƏ) qeydiyyatdan keçmiş “G Capital Middle East Ltd.” şirkətinə məxsusdur.