Azərbaycanla IMF arasında məsləhətləşmələr bərpa olunur

Azərbaycanla IMF arasında məsləhətləşmələr bərpa olunur Bakıda məsləhətləşmələr üçün IMF-nin Azərbaycandakı missiyasının rəhbəri Natalia Tamirisanın başçılıq etdiyi nümayəndə heyəti gələcək
Maliyyə
15 Mart , 2019 14:19
Azərbaycanla IMF arasında məsləhətləşmələr bərpa olunur

Beynəlxalq Valyuta Fondu (IMF) Nizamnaməsinin IV maddəsinə dair bu ilin yayında Azərbaycan hökuməti ilə növbəti məsləhətləşmələr keçirməyi nəzərdə tutur.

Bunu “Report”a IMF-in Bakı ofisinin rəhbəri Ağgün Qədirli bildirib.

O, görüşün dəqiq tarixini daha sonra açıqlayacaqlarını söyləyib.

Ümumiyyətlə, Nizamnamənin İV maddəsinə dair məsləhətləşmələrin son mərhələsi 2017-ci ilin dekabr ayında keçirilmişdi.

Yeni məsləhətləşmələr üçün Bakıya IMF-in Azərbaycandakı missiyasının yeni rəhbəri Natalia Tamirisanın başçılıq etdiyi nümayəndə heyəti gələcək.

Qeyd edək ki, Azərbaycan 1992-ci il sentyabrın 18-dən IMF-ə üzv olub. 1995-2005-ci illər ərzində IMF Azərbaycandakı iqtisadi islahatlar proqramına dəstək çərçivəsində hökumətə cəmi 577,3 milyon dollar məbləğində kredit ayırmışdı. Azərbaycan hökuməti həmin kreditləri tam həcmdə qaytarıb.

IMF-nin maliyyə vəsaitlərinə 2005-ci ildən sonra ehtiyac duymayan Azərbaycan 2006-cı ildən etibarən fondun Nizamnaməsinin İV maddəsinə dair məsləhətləşmələr, makrioiqtisadi siyasətin başlıca istiqamətlərinə dair texniki yardım missiyaları çərçivəsində IMF ilə əməkdaşlıq edir.

İlahə Məmmədli

Son xəbərlər

Orphus sistemi