Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 2 %-dən çox artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 2 %-dən çox artıb Xarici ticarətdə 1,607 milyard dollarlıq müsbət saldo yaranıb
Maliyyə
16 Aprel , 2021 15:10
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 2 %-dən çox artıb

Bu il yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 6 mlrd 668,3 mln ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % azdır.

Bu ilin ilk 3 ayında xarici ticarətin 4,137 milyard dolları ixracın, 2,530 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,6 %, idxal isə 4,1 % azalıb.

Son nəticədə xarici ticarətdə 1,607 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 2,4 % çoxdur.

Son xəbərlər

Orphus sistemi