Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatların qiymətli kağızlarına dair qayda təsdiqlənib
- 31 oktyabr, 2023
- 10:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü Qaydası”nı təsdiq edib.
“Report” xəbər verir ki, bununla bağlı AMB sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, ölkəmizin üzv olduğu beynəlxalq təşkilatın qiymətli kağızlarının emissiyası qaydası, buraxılış şərtləri, beynəlxalq təşkilatın qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatının aparılması qaydası, beynəlxalq təşkilatın qiymətli kağızlarının yerləşdirilməsi üsulları, beynəlxalq təşkilatın qiymətli kağızlarının emissiyasının dayandırılması, buraxılış şərtlərində dəyişikliklər, beynəlxalq təşkilatın qiymətli kağızlarının tədavülünün aparılması, beynəlxalq təşkilatın qiymətli kağızlarının emissiyasının baş tutmamış hesab edilməsi və emissiyanın etibarsız hesab edilməsi halları müəyyənləşib.
AMB-nin Hüquq Departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.