Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası qaydası müəyyənləşəcək

Maliyyə
  • 31 iyul, 2023
  • 09:10
Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası qaydası müəyyənləşəcək

Prezident İlham Əliyev "Qiymətli kağızlar haqqında" qanunda dəyişiklik edilməsi barədə 6 iyul 2023-cü il tarixli qanunun tətbiqi barədə fərman imzalayıb.

"Report" xəbər verir ki, fərmana əsasən, Azərbaycan Mərkəzi Bankı aşağıdakı normativ xarakterli aktları 6 ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməlidir.

- Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü qaydası;

- Banklar və xarici bankların yerli filialları tərəfindən investisiya xidmətlərinin həyata keçirilməsi həcmini və qaydası;

- İnvestisiya şirkətləri üçün korporativ idarəetmə standartları;

- İnvestisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bankların fəaliyyəti və göstərdiyi xidmətlər barədə hesabatların tərtib və təqdim edilməsi qaydaları;

- İnvestisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bankların ixtisas şəhadətnaməsinə malik olmalı işçilərinin sayına dair tələblər;

- Məlumatın forması;

- Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin icra orqanının və müşahidə şurasının üzvləri ilə, habelə xarici investisiya şirkətinin filiallarının rəhbərləri ilə müsahibə keçirilməsi qaydası;

- İnvestisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi üçün tələblər;

- Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair minimum tələblər;

44 filmi