Azərbaycanın sığorta bazarı 14% böyüyüb

Azərbaycanın sığorta bazarı 14% böyüyüb Bu ilin yanvar ayında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 118,234 milyon manat məbləğində sığorta haqqı toplanılıb.
Maliyyə
17 Fevral , 2022 14:59
Azərbaycanın sığorta bazarı 14% böyüyüb

Bu ilin yanvar ayında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 118,234 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,7% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 16,623 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 70,8% və yaxud 3,4 dəfə azdır.

Ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 14,1 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 54,65 manat olub.

Son xəbərlər

Orphus sistemi