Azərbaycanın quşçuluq müəssisəsinin səhmləri 3 dəfədən çox bahalaşıb

Azərbaycanın quşçuluq müəssisəsinin səhmləri 3 dəfədən çox bahalaşıb Bakı. 17 mart. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) “İsmayıllı-Quşçuluq” ASC-nin səhmlərinin alqı-satqısı üzrə əqd bağlanılıb.“Report” BFB-...
Maliyyə
17 Mart , 2017 17:19
Azərbaycanın quşçuluq müəssisəsinin səhmləri 3 dəfədən çox bahalaşıb

Bakı. 17 mart. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) “İsmayıllı-Quşçuluq” ASC-nin səhmlərinin alqı-satqısı üzrə əqd bağlanılıb.

“Report” BFB-yə istinadən xəbər verir ki, ədq müəssisənin 1 000 səhminin təkrar bazarda realizə edilməsini nəzərdə tutur.

Qiymətli kağızların nominal dəyəri 2 manat olsa da, onlar 3,1 dəfə baha – 6,2 manatdan alınıb-satılıb.

Xatırladaq ki, “İsmayıllı-Quşçuluq” ASC 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 257 202 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 2 manat olan 628 601 səhm əsasında formalaşıb. Səhmlərin 50,1%-i Zaur Zahid oğlu Qardaşova, 34,17%-i Siyasət Cəlil qızı Qardaşovaya, 10,96%-i Zahid Əhməd oğlu Qardaşova, qalan 4,77%-i isə 24 fiziki şəxsə məxsusdur.