Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qiymətli kağızlar bazarında 12 701,3 milyon manatlıq əməliyyat aparılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,8% çoxdur.
9 aylıq göstəricinin 6 261,7 milyon manatlıq hissəsi ilkin bazarda (təxminən 9,4% çox), 6 439,6 milyon manatlıq hissəsi isə təkrar bazarda (88,2% çox) formalaşıb.
Hesabat dövründə qiymətli kağızlar bazarında 8 921 əqd bağlanılıb. Bu illik müqayisədə 2,1 dəfə çoxdur. Əqdlərin 1 410-u ilkin bazarın (42,7% çox), 7 511-i isə təkrar bazarın (2,3 dəfə çox) payına düşüb.
Yanvar-sentyabr aylarında Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 6 208,4 milyon manatlıq hissəsi və yaxud 48,9%-i dövlət qiymətli kağızlarının, 1 081,7 milyon manatlıq hissəsi və yaxud 8,5%-i korporativ qiymətli kağızların, 5 411,2 milyon manatlıq hissəsi və yaxud 42,6%-i isə repo əməliyyatlarının payına düşüb. Bu, 1 il əvvələ nisbətən müvafiq olaraq 9,7% çox, 48,8 az və 3,9 dəfə çoxdur.
Ötən 9 ayda bu bazarda bağlanmış əqdlərin isə 1 785-i və yaxud 20%-i dövlət qiymətli kağızlarının, 3 948-i və yaxud 44,3%-i korporativ qiymətli kağızların, 3 188-i və yaxud 35,7%-i isə repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə müvafiq olaraq 46,2% çox , 89,5 çox və 3,6 dəfə çoxdur.