Azərbaycanın qeyri-bank kredit təşkilatı dollarla istiqraz buraxır

Azərbaycanın qeyri-bank kredit təşkilatı dollarla istiqraz buraxır Qiymətli kağızların illik faiz dərəcəsi isə 8%-dir
Maliyyə
27 Oktyabr , 2016 11:59
Azərbaycanın qeyri-bank kredit təşkilatı dollarla istiqraz buraxır

Bakı. 27 oktyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası “Pro Kredit" bank olmayan kredit təşkilatının istiqraz emissiyasını qeydə alıb. Bu barədə "Report"a Palatadan bildirilib.

Məlumata görə, emissiya hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 300 ədəd adi faizli, təmin edilməmiş istiqrazın buraxılışını nəzərdə tutur. Qiymətli kağızların tədavül müddəti 24 ay, illik faiz dərəcəsi isə 8%-dir. İstiqrazlar qapalı üsulla yerləşdiriləcək. 

Son xəbərlər

Orphus sistemi