Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 3% artıb

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 3% artıb Bu ilin yanvar-iyun aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,8% üstələyərək 18 mlrd. manat olub.
Maliyyə
12 İyul , 2019 11:26
Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 3% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,8% üstələyərək 18 mlrd. manat olub. 

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, ticarət dövriyyəsinin 8 944,9 mln. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9 033 mln. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-iyun aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,5%3,1% artıb. 

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 44,9%-i ərzaq məhsullarının, 4,9%-i içkilər və tütün məmulatlarının, 18,0%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,9%-i elektrik malları və mebellərin, 5,5%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,7%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Məhsul qruplarının adları Satışdan gəlir,
milyon manatla
2018-ci ilin yanvar- iyun
aylarına  nisbətən,%lə
Pərakəndə ticarət dövriyyəsi 17 977,9 102,8
o cümlədən:
ərzaq məhsulları 8074,5 102,6
içkilər və tütün məmulatları 870,4 100,9
toxuculuq məhsulları, geyim və ayaqqabılar 3 236,5 103,0
elektrik malları və mebellər 1 063,1 102,9
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 139,7 104,3
əczaçılıq və tibbi mallar 236,7 104,5
avtomobil yanacağı 990,0 101,8
digər qeyri-ərzaq məhsulları 3 367,0 103,4

2019-cu ilin birinci yarısında istehlak məhsullarının dəyər ifadəsində 20%-i ticarət müəssisələri, 49%-i fərdi sahibkarlar tərəfindən, 31%-i isə bazar və yarmarkalarda satılıb. 2018-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 27,8%, fərdi sahibkarlar üzrə 0,2% artıb, bazar və yarmarkalarda isə 5,3% azalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 303,2 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 11,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 150,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 152,3 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Son xəbərlər

Orphus sistemi