Azərbaycanın kredit təşkilatlarında xüsusi ehtiyatların yaradılması qaydası dəyişib

Maliyyə
  • 09 oktyabr, 2023
  • 07:09
Azərbaycanın kredit təşkilatlarında xüsusi ehtiyatların yaradılması qaydası dəyişib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Aktivlərin təsnifləşdirilməsi, mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nda dəyişikliklər edib.

“Report” xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, aktivin gecikmə müddəti hesablanarkən əsas borc və faiz borcu ilə yanaşı digər ödənişlər üçün müəyyən edilmiş tarix də nəzərə alınacaq.

Bundan başqa, borcalan vəfat etdikdə əsas borc və faiz borcunun ödənilməsi ilə yanaşı müqavilədə göstərilən digər ödənişləri də zamin və yaxud hər hansı 3-cü şəxs vaxtında və tam həyata keçirdikdə borc gecikən aktivə şamil edilməyəcək.

Kredit təşkilatları müqavilədə göstərilən digər ödənişlər 90 gündən çox gecikmə ilə yerinə yetirildikdə elə ödənişlər qədər ehtiyat yaradacaq.

AMB-nin Hüquq departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.