Azərbaycanın sığorta bazarı 3% kiçilib - YENİLƏNİB

Azərbaycanın sığorta bazarı 3% kiçilib - YENİLƏNİB Bu ilin ilk yarısında könüllü sığorta bazarı 9% artıb
Maliyyə
7 Avqust , 2017 12:00
Azərbaycanın sığorta bazarı 3% kiçilib - YENİLƏNİB
Report

İlk xəbər saat 11:41-də verilib

Bakı. 7 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətinin xətti ilə 276,158 mln. manat sığorta haqqı toplanılıb. 

"Report" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,2% azdır. 

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 22,7% artaraq 124,41 mln. manat təşkil edib. 

I yarımildə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 45,1 manatı ödəniş edilib. 2016-cı ilin müvafiq dövründə bu göstərici 35,5 manat olub.

Qeyd edək ki, könüllü sığorta bazarı üzrə sığorta haqları 1 il əvvələ nisbətən 16,666 mln. manat və yaxud 9,4% artaraq 193,802 mln. manat təşkil edib. Bu sığorta növləri üzrə ödənişlər isə 23,427 mln. manat və yaxud 31,2% artaraq 98,573 mln. manata yüksəlib.

Son xəbərlər

Orphus sistemi