Azərbaycanın kapital bazarında dayanıqlılığın artırılması müzakirə edilib

Azərbaycanın kapital bazarında dayanıqlılığın artırılması müzakirə edilib Azərbaycan Mərkəzi Bankında (AMB) kapital bazarlarının dayanıqlılığının artırılmasına yönəldilmiş təşəbbüslər barədə geniş fikir mübadiləsi aparılıb.
Maliyyə
7 fevral 2025 12:08
Azərbaycanın kapital bazarında dayanıqlılığın artırılması müzakirə edilib

Azərbaycan Mərkəzi Bankında (AMB) kapital bazarlarının dayanıqlılığının artırılmasına yönəldilmiş təşəbbüslər barədə geniş fikir mübadiləsi aparılıb.

"Report" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, müzakirələr "Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası" İctimai Birliyinin, "Bakı Fond Birjası" QSC-nin, Milli Depozit Mərkəzinin və investisiya şirkətlərinin rəhbərləri ilə keçirilmiş görüşdə baş tutub. Görüşdə ötən ilin yekunları üzrə kapital bazarlarında əldə olunan nəticələri, investisiya şirkətlərinin fəaliyyəti, “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində kapital bazarları istiqaməti üzrə həyata keçirilmiş tədbirlər müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi