Azərbaycanın Hesablama Palatası Dünya Bankının seminarında təmsil olunub

Azərbaycanın Hesablama Palatası Dünya Bankının seminarında təmsil olunub Palataın auditoru Dünya Bankının “Dövlət İdarəçiliyinin rəqəmsallaşdırılması” mövzusunda keçirdiyi onlayn seminarda iştirak edib
Maliyyə
25 May , 2021 14:06
Azərbaycanın Hesablama Palatası Dünya Bankının seminarında təmsil olunub

Azərbaycan Hesablama Palatasının auditoru Hilal Hüseynov Rusiyanın Hesablama Palatasının təşəbbüsü ilə, Dünya Bankının “Dövlət İdarəçiliyinin rəqəmsallaşdırılması” mövzusunda keçirdiyi onlayn seminarda iştirak edib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan tərəfi məlumat yayıb.

Məlumata görə, ekspert seminarı kimi təşkil edilmiş tədbirdə Dünya Bankının, "Ernst & Young" audit şirkətinin, həmçinin Rusiya tərəfinin nümayəndələrinin mövzu ətrafında çıxışları dinlənilib, bu sahədə inkişaf tendensiyaları və qarşıya çıxan problemlərdən bəhs edilib.

Son xəbərlər

Orphus sistemi