"Fitch" Azərbaycanın uzunmüddətli reytinqini “BB+” səviyyəsində təsdiqləyib

"Fitch" Azərbaycanın uzunmüddətli reytinqini “BB+” səviyyəsində təsdiqləyib Azərbaycanın çox güclü xarici balansı, aşağı dövlət borcu və iri suveren fondların aktivlərindən güclü maliyyələşmə çevikliyi ilə dəstəklənir.
Maliyyə
13 Noyabr , 2021 14:18
Fitch Azərbaycanın uzunmüddətli reytinqini “BB+” səviyyəsində təsdiqləyib

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defoltu reytinqini (IDR) stabil proqnozla “BB+” səviyyəsində təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə reytinq agentliyi məlumat yayıb.

"Reytinq Azərbaycanın çox güclü xarici balansı, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri sayəsində yüksək maliyyə çevikliyi ilə dəstəklənir. Bu faktorlara, xüsusən məzənnə rejimi, bank sektorunun yüksək dollarlaşması və karbohidrogen sektorundan asılılıq ilə zəif idarəetmə göstəriciləri müqavimət göstərir.

"Stabil" proqnoz, balansın sabit qalacağı və Ermənistanla yenidən müharibə riskinin azalacağına dair gözləntiləri əks etdirir, lakin makrosiyasət çərçivəsinin əhəmiyyətli dərəcədə gücləndirilməsi və ya qeyri-neft diversifikasiyasını sürətləndirəcək struktur islahatları üçün məhdud perspektivlərdir", - məlumatda deyilir.

"Fitch Ratings" hesab edir ki, Azərbaycanın böyük xarici bufer ehtiyatları pandemiya zamanı qorunub və neftin qiymətlərinin artması ilə dəstəklənir.

Azərbaycanıb strateji valyuta rezervləri 2021-ci ilin III rübün sonunda (bunun 86 %-i Azərbaycan Dövlət Neft Fondunun aktivləridir) 2020-ci ilin sonundakı 49,9 milyard ABŞ dollardan 51,2 milyard ABŞ dollara yüksəlib ki, bu da, 26 aylıq cari xarici ödənişlərə bərabərdir.

“Fitch” bu il xarici valyutaya xalis tələbin sabit olduğunu və Neft Fondunun xarici valyuta satışları (büdcə transferləri ilə məhdudlaşır) bütün büdcə ayırmalarından aşağı səviyyədə olduğunu açıqlayıb.

Son xəbərlər

Orphus sistemi