Azərbaycanın gələnilki dövlət büdcəsi ilə əlaqədar fiskal risklər açıqlanıb
- 04 noyabr, 2026
- 10:59
Yeniliklərdən dərhal xəbərdar olun!
2027-ci ilin dövlət büdcəsi ilə əlaqədar fiskal risklər gəlir və xərclərin, habelə dövlət borcunun ilkin proqnozlaşdırılan göstəricilərdən kənara çıxması ehtimalıdır.
"Report" xəbər verir ki, bu, 2027-ci ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.
Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir.
"Qlobal və regional iqtisadi mühitdə baş verən dəyişikliklər, enerji daşıyıcıları və digər əmtəə qiymətlərində volatillik, habelə daxili iqtisadi fəallığın dinamikası əsas fiskal göstəricilərə təsir göstərə biləcək başlıca amillər sırasındadır. Qeyd olunan amillərin təsiri ilə makroiqtisadi göstəricilərin proqnozlardan kənarlaşması büdcə gəlirlərinin və xərclərinin, eləcə də fiskal balansın gözlənilən göstəricilərdən kənara çıxmasına səbəb ola bilər və xərclərin, eləcə də fiskal balansın gözlənilən göstəricilərdən kənara çıxmasına səbəb ola biləcək risklərin azaldılması üzrə müvafiq tədbirlərin həyata keçirilməsi fiskal risklərin idarə edilməsinin mühüm tərkib hissəsidir. Fiskal risklərin sistemli şəkildə təhlili və qiymətləndirilməsi dövlət maliyyəsinin dayanıqlılığının təmin edilməsi və fiskal siyasətin müəyyən edilmiş hədəflərə uyğun həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır", - deyə büdcə zərfində qeyd olunub.