Azərbaycanın dövlət büdcəsində 218 milyon manat kəsir yaranıb

Maliyyə
  • 13 sentyabr, 2023
  • 13:49
Azərbaycanın dövlət büdcəsində 218 milyon manat kəsir yaranıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 20 milyard 431,2 milyon manat, xərcləri isə 20 milyard 649,7 milyon manat təşkil edib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,2 % və 13,8 % çoxdur.

Son nəticədə yanvar-avqustda büdcədə 218,5 milyon manat kəsir yaranıb.