Azərbaycanın dövlət büdcəsində 475 mln. manatlıq profisit yaranıb

Azərbaycanın dövlət büdcəsində 475 mln. manatlıq profisit yaranıb Bakı. 17 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında dövlət büdcəsinin gəlirləri 20 144,7 mln manat, xərcləri 19 670,1 milyon manat təşkil edib.
Maliyyə
17 Dekabr , 2018 17:40
Azərbaycanın dövlət büdcəsində 475 mln. manatlıq profisit yaranıb

Bakı. 17 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında dövlət büdcəsinin gəlirləri 20 144,7 mln manat, xərcləri 19 670,1 milyon manat təşkil edib.

“Report” bu barədə Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən xəbər verir.

Məlumata əsasən, büdcənin icrasında 474,6 mln. manatlıq, yaxud ümumi daxili məhsulun (ÜDM) 0,7%-i qədər profisit yaranıb.

Qeyd edək ki, 2018-ci ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 34,4% artaraq 18 215,4 mln. manata, xərcləri isə 25,6% artaraq 17 769,9 mln. manata çatıb. Büdcənin icrasında yaranmış 445,5 mln. manatlıq profisit ÜDM-in 0,7%-nə bərabər olub.

Son xəbərlər

Orphus sistemi