Azərbaycanın dövlət borcu 25 milyard manatı keçib

Azərbaycanın dövlət borcu 25 milyard manatı keçib Bu ilin yanvar-iyun aylarında dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili dövlət borcu üzrə 170,1 milyon manatın (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 1 100,2 milyon manatın (əsas borc üzrə 850 milyon manat, faiz borcu üzrə 250,2 mil
Maliyyə
16 İyul , 2024 17:20
Azərbaycanın dövlət borcu 25 milyard manatı keçib

Bu il iyulun 1-nə Azərbaycanın dövlət borcu 25 milyard 696,65 milyon manat olub.

"Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, borcun 16 milyard 571,9 milyon manatı daxili dövlət borcu, 5 milyard 367,5 milyon ABŞ dolları və yaxud 9 milyard 124,75 milyon manatı isə xarici dövlət borcudur.

Daxili dövlət borcalmasının artırılması, dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, dövlət borcunun ortamüddətli və uzunmüddətli gəlirlilik əyrisinin formalaşdırılması və “Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü borclanma siyasətinin həyata keçirilməsi nəticəsində daxili dövlət borcu 17 milyard manata yaxınlaşıb", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi