Azərbaycanın cari əməliyyatlar balansının profisiti ötən il 8 milyard dolları ötüb

Azərbaycanın cari əməliyyatlar balansının profisiti ötən il 8 milyard dolları ötüb 2023-cü ildə Azərbaycanın cari əməliyyatlar balansında (CƏB) 8,3 milyard ABŞ dolları və yaxud ümumi daxili məhsulun (ÜDM) 11,5 %-i qədər profisit yaranıb.
Maliyyə
29 Mart , 2024 10:16
Azərbaycanın cari əməliyyatlar balansının profisiti ötən il 8 milyard dolları ötüb

2023-cü ildə Azərbaycanın cari əməliyyatlar balansında (CƏB) 8 milyard 329,4 milyon ABŞ dolları və yaxud ümumi daxili məhsulun (ÜDM) 11,5 %-i qədər profisit yaranıb.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

Onun sözlərinə görə, bu, 2022-ci ilə nisbətən 64,5 % və yaxud 2,8 dəfə azdır.

İllik profisit xarici ticarət balansındakı 12 milyard 805,6 milyon dollarlıq qalıq (illik müqayisədə 2,2 dəfə az), xidmətlər balansındakı 2 milyard 334,6 milyon dollarlıq kəsir (13,5 % az), ilkin gəlirləri balansındakı 3 milyard 199,1 milyon dollarlıq kəsir (41,7 % az) və təkrar gəlirlər balansındakı 1 milyard 57,5 milyon dollarlıq qalıq (2,8 dəfə az) hesabına formalaşıb.

Ötən il neft-qaz sektoru üzrə CƏB-in profisiti əvvəlki ilə nisbətən 40,4 % azalaraq 17,1 milyard ABŞ dollarına düşüb, qeyri-neft sektoru üzrə CƏB-in kəsiri isə 68,9 % artaraq 8,8 milyard ABŞ dollarına çatıb.

Son xəbərlər

Orphus sistemi