Azərbaycanın cari əməliyyatlar balansının builki profisiti 7 milyard dollara yaxınlaşıb

Azərbaycanın cari əməliyyatlar balansının builki profisiti 7 milyard dollara yaxınlaşıb Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın cari əməliyyatlar balansında (CƏB) 6,7 milyard ABŞ dolları məbləğində profisit yaranıb.
Maliyyə
15 Dekabr , 2023 11:39
Azərbaycanın cari əməliyyatlar balansının builki profisiti 7 milyard dollara yaxınlaşıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın cari əməliyyatlar balansında (CƏB) 6,7 milyard ABŞ dolları məbləğində profisit yaranıb.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrünə nisbətən 2,6 dəfə azdır.

S.Nəsirov qeyd edib ki, azalmaya səbəb dünya bazarında neftin ucuzlaşmasıdır. Belə ki, ötən il neftin 1 barelinin orta qiyməti 107 ABŞ dolları olduğu halda, bu il 83 ABŞ dolları təşkil edib.

"CƏB üzrə profisit ümumi daxili məhsulun (ÜDM) 12,5 %-i qədərdir. 9 ay ərzində kapital və hesabımızda isə 390,3 milyon ABŞ dolları profisit olub. Bütün bunlar isə ehtiyat aktivlərimizin 6,4 milyard ABŞ dolları artımını şərtləndirib. Xidmətlər balansı mütəmadi olaraq kəsirli olur. Keçən ilin eyni dövrünə nisbətən bu kəsir 10 % azalıb. Kəsiri şərtləndirən əsas amillər neft-qaz sektorunda tikinti və digər işgüzar xidmətlərlə bağlıdır. Bizim xidmətlər balansında nəqliyyat xidmətləri balansı profisitlidir və bu proifisit 17 % artıb. Turizm xidmətləri balansında 241 milyon ABŞ dolları profisit yaranıb. Dövr ərzində ölkəyə gələn turistlərin sayı 32 % artaraq 1 milyon 535 min nəfər təşkil edib. İlkin gəlirlər balansında kəsir isə 2,4 milyard ABŞ dollarına yaxındır", - deyə AMB rəsmisi əlavə edib.

Son xəbərlər

Orphus sistemi