Azərbaycanın bank sektorunun xalis mənfəəti 17% azalıb

Azərbaycanın bank sektorunun xalis mənfəəti 17% azalıb Azərbaycanın bank sektoru bu ilin yanvar-oktyabr aylarında 478 milyon manat xalis mənfəət əldə edib.
Maliyyə
25 Noyabr , 2020 14:59
Azərbaycanın bank sektorunun xalis mənfəəti 17% azalıb

Azərbaycanın bank sektoru bu ilin yanvar-oktyabr aylarında 478 milyon manat xalis mənfəət əldə edib.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,6% azdır.

10 ay ərzində bankların əməliyyat gəlirləri 2 130,7 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 1,7% az), əməliyyat xərcləri 1 409,4 milyon manat (0,9% az), xüsusi ehtiyatlara ayırmaları 109 milyon manat (32,55% az), digər gəlirləri 0,3 milyon manat (98,6% az), mənfəət vergisi ödəmələri isə 134,6 milyon manat (2,3 dəfə çox) təşkil edib.

Son xəbərlər

Orphus sistemi