Azərbaycanın bank sektorunun aktivləri azalmaqda davam edir

Azərbaycanın bank sektorunun aktivləri azalmaqda davam edir Bu il mayın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 29 769,1 milyon manat təşkil edib.
Maliyyə
30 May , 2019 16:53
Azərbaycanın bank sektorunun aktivləri azalmaqda davam edir

Bu il mayın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 29 769,1 milyon manat təşkil edib.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 0,3% az, ötən il mayın 1-nə nisbətən isə 7,7% çoxdur.

Bankların aktivlərinin 11 261,5 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 15,4% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 35,3%-dən 37,8%-ə yüksəlib.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 6,5% artaraq 25 349,3 milyon manata, o cümlədən depozit portfeli 10,9% artaraq 18 801,6 milyon manata çatıb. Bunun 8 625,2 milyon manatı fiziki, 10 176,4 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 10,4%, şirkətlərin banklardakı vəsaitləri isə 11,3% artıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 45,75% azalaraq 248,2 milyon manata düşüb.

Sektorun cəmi kapitalı isə 14,2% artaraq 4 419,8 milyon manata çatıb. 

Son xəbərlər

Orphus sistemi